"Qamomdziebeli Reportiori" tərəfindən Xorava küçəsində baş verən qətl ilə bağlı hazırlanmış filmi Birinci Kanal efirə sabah buraxacaq
"Qamomdziebeli Reportiori" tərəfindən Xorava küçəsində baş verən qətl ilə bağlı hazırlanmış filmi Birinci Kanal efirə sabah buraxacaq

“Qamomdziebeli Reportiori” (müstəndiq reportyor) tərəfindən Xorava küçəsində baş verən qətl ilə bağlı hazırlanmış filmi Birinci Kanal efirə sabah buraxacaq.

Birinci Kanalın İcraçı Şurası bu mövzu barəsində bəyanat yaydı.

“Söhbət, bir aydan artıqdır başladı və bu günlərdə yenə fəallaşdı ki, sanki Xorava küçəsində baş verən qətl ilə bağlı, müstəndiq reportyorlar tərəfindən  hazırlanmış filmi Birinci Kanal efirə buraxmır. Sözsüz ki, bu absurddur. O ki, Birinci Kanal sanki nəyisə gizlətməyə çalışır, yalandır. Çünki, Birinci Kanal qeyd olunan filmi parlamentdə yaradılan müvəqqəti istintaq komissiyasına sualla göndərdi ki, bu filmin efirə buraxılması istintaqa hansısa maneaçilik törədə bilərmi? Film həmçinin Xalq Müdafiəçisinə, bir neçə QHT-a, Yayımçının Qəyyumlar Şurasına göndərildi. Hər şey o qədər aydındır ki, əslində sullar yaranmamalıdır, lakin vaxtaşırı ittihamlar hər halda eşidilir. Aydındır ki, kiməsə görə bu ajiotaj daha vacindir, nəinki həqiqətin müəyyənləşdirilməsi. Təəsüflər olsun ki, cənab Zaza Saralidze də inandı ki, Birinci Kanal nəyisə gizlədir və filmi efirə buraxmır. Bu gün, iyunun 18-də, cari xəbərlər blokunun direktoru, Giorgi Qvimradze Zaza Saralidze və onun vəkili, Nestan Londaridze ilə görüşdü. Söhbət “Qamomdziebeli Reportiori” tərəfindən “Xorava küçəsindən qana bulanan uşaqlar” filminə aid oldu. Zaza Saralidze bildirdi ki, filmin efirə buraxılması siyasyi motiv ilə məhdudlaşdırılır. Bu isə, artıq dediyimiz ki, həqiqətdən uzaqdır. Bu gün, televizyanın müvafiq xidməti parlament komissiyasının təsdiqini aldı ki, filmin efirə buraxılması istintaqa maneəçilik törətməyəcək. Başqa təşkilatlar da bu mövqedədir. Birinci Kanalın rəhbərliyi qərar verdi ki, sabah, iyunun 19-da, saat 12:15-də bu filmi efirə buraxsın”, – Birinci Kanalın İcraçı Şurasının bəyanatında qeyd olunub.