Antifeyk - Gürcüstanın Birinci Kanalının yeni layihəsi
Antifeyk - Gürcüstanın Birinci Kanalının yeni layihəsi

Bu günki dünyada, saxta xəbərlərin yayılması dövrün çağırışı olduğu zaman, Gürcüstanın Birinci Kanalı yeni paltformanı yaradır.

“antifake.ge” vebsəhifəsinin məqsədi istənilən məlumatın həqiqiliyi barəsində vətəndaşın suallarına cavab verməkdir və bütün xəbərləri burada yoxlaya bilərsiniz. Bu gündən hər bir vətəndaş media vasitələrəi və sosial şəbəkəsində yayılan istənilən məlumatı göndərə bilər və bizdən yoxlanılmış, faktlarla əsaslanmış, əsaslandırılmış cavablar alacaqlar. Cavablar isə, elə həmin saytda yüklənəcək.

Yeni platformada xəbərlər dörd kateqoriya üzrə yerləşdiriləcək: həqiqət, az-çox həqiqət, saxta və absurd. “antifake.ge” vebsəhifəsi üzərində işləməyə Gürcüstanın Birinci Kanalı developerlər ilə birlikdə, bir neçə ay bundan əvvəl başladı. Saytın işinə Gürcüstanın Birinci Kanalının jurnalistləri, prodüserlər və analitiklər qoşulmuşdular.

Gürcüstanın Birinci Kanalının xəbərlər blokunun direktoru, Giorgi Qvimradzenin bəyan etdiyinə görə, saxta xəbərlər yalnız Gürcüstanda deyil, bütün dünyada önəmli çağırışı təşkil edir.