Prokurorluğun yanında "Başımızı dumanlamayın" (Başımızı qatmayın) aksiyası keçirildi
Prokurorluğun yanında "Başımızı dumanlamayın" (Başımızı qatmayın) aksiyası keçirildi

Prokurorluğun yanında “Başımızı dumanlamayın” (Başımızı qatmayın) aksiyası keçirildi.

Etiraz aksiyasında Zaza Saralidze və Malxaz Maçalikaşvili də iştirak edirdilər.

Aksiya iştirakçıları prokurorluğun qabağında rəngli düstü buraxdılar və idarənin qapısında “Başımızı dumanlamayın” yazısını yerləşdirdilər.

Onların bəyanatına görə, aksiyanın məqsədi prokurorluğun istintaq aparacağı işləri yadına salmaqdır.

“Bunlar bizim başımızı qatırlar. Gah nə uydururlar, gah nə. İndidə dedilər ki, güya Mirza Subeliani özünü öldürməyə cəhd edib. Özləri yaxşıca döyüblər və başqa şeylər uydururlar. Özünü asmaq istəyən adamın əlləri, ayaqları niyə göyərib? Belə hərəkətlərlə bizim işlərimizdin üstündən keçməyə çalışırlar. Bizim də səbrimiz tükənir, dərhal övladlarımızın qatillərini məsuliyyətə versinlər” – dedi Zaza Saralidze.