Avropa Yayımçılar İttifaqı ən yaxşılar arasında Birinci Kanalın "Rəngarəng Gürcüstan" layihəsini adlandırdı
Avropa Yayımçılar İttifaqı ən yaxşılar arasında Birinci Kanalın "Rəngarəng Gürcüstan" layihəsini adlandırdı

Avropa Yayımçılar İttifaqı (EBU) “yaxşılığa doğru 50 yol” adlı, 2018-ci ilin hesabatını dərc etdirir.

Hesabatda söhbət Birinci Kanalın xəbərlər redaksiyasının qarşısında duran çağırışlardan gedir və ictimaiyyətin etimadının əldə edilməsi üçün 25 rekomendasiya verilir. Bununla yanaşı 24 ölkənin İctimai Yayımçısının 50 ən yaxşı nümunəsi göstərilibdir ki, müəliflərin fikricə bu da, ictimaiyyətin qoşulmasına və etimadın gücləndirilməsinə imkanlar yaradır. Nümunələrdən biri, Birinci Kanalın “Rəngarəng Gürcüstan” layihəsidir. 108 səhifəli sənəddə deyilir ki, “Rəngarəng Gürcüstan” layihəsinin yardımı ilə, Gürcüstanın İctimai Yayımçısının Birinci Kanalı ölkəmizin azərbaycan və erməni izləyicisi üçün kontentin çatdırılmasına böyük sərmayələr yatırdı. Müəlliflər qeyd edirlər ki, milliyətcə azərbaycan və erməni azlıqları, Gürcüstanın 3,7 milyonluq əhalisinin təxminən 15 faizini təşkil edirlər. Konkret bölgədə məskunlaşmış yaşlılar yalnız azərbaycan, erməni və rus dillərində danışırlar. Gürcü dilini az bildiklərinə görə, bu qruplar qismən ölkənin başqa hissəsində təcrid olunublar.

“Biz səmimi olaraq bu insanların imkanlarının genişləndirilməsini istəyirik, çünki onlar gürcü dilində danışa bilmirlər. Onlar məlumatı yalnız öz bölgələrində alırlar. Lakin onlar, ölkənin başqa hissəsində baş verən yenilikləri də bilməlidirlər”, – Edinburqda Avropa Yayımçılar İttifaqı xəbərlər assamleyasında Gürcüstanın İctimai Yayımçısının Birinci Kanalının yeni və cari xəbərlər blokunun direktoru, Giorgi Qvimradze bəyan etdi.

Avropa Yayımçılar İttifaqının hesabatında deyilir ki, “1tv.ge” kontenti 6 dildə, o cümlədən rus və inglis dillərində dərc etdirir. Ən önəmlisi odur ki, kanalın əsas xəbərlər buraxılışı – “Moambe” azərbaycan və erməni dillərinə tərcümə olunur. Qeyd olunan layihənin daha bir önəmli məqsədi, azrəbaycan və erməni dillərinin müdafiəsi və qorunub saxlanılmasıdır.

Avropa Yayımçılar İttifaqının hesabatında müəlliflər qeyd edirlər ki, çoxlu milli azlığın olduğu ölkədə, rəngarənglik əhəmiyyətlidir.

“Rəngarəng Gürcüstan” layihəsini İctimai Yayımçı Edinburqda, Avropa Yayımçılar İttifaqının xəbərlər assamleyasına 2018-ci ilin noyabrında təqdim etdi.