DTX futbol matçların qurma faktı üzrə səkkiz hazırkı və üç keçmiş futbolçunu yaxaladı

Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində futbol matçlarının qurma faktı üzrə səkkiz hazırkı və üç keçmiş futbolçunu yaxaladılar.

DTX-nin mlumatına görə, təşkilatçılar – Vaxtanq C., Laşa Ç., Nika D., İrakli X., Robert İ., İrakli B., Coni Ş., Giorgi Q., Nikoloz M., Paata Ğ. və Nodar K. yaxalanıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 203-cü maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır.

İstintaqı Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi aparır.