DTX Beri Qabriel Salosi küçəsində yaxalanan və məhv edilən şəxslərin kimliyini açıqlayır
DTX Beri Qabriel Salosi küçəsində yaxalanan və məhv edilən şəxslərin kimliyini açıqlayır

Beynəlxalq partnyorların iştirakı ilə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Beri Qabriel Salosi küçəsində yaxalanan şəxs müəyyənləşdirilibdir – o, terrorçuluq ittihamı ilə İnterpol tərəfindən axtarışda olan Rusiyanın vətəndaşı Şoiap Borziyevdir. Həmçinin, xüsusi əməliyyat zamanı edilmiş edilmiş şəxslərin kimliyi müəyyənləşdirilibdir – Rusiya vətəndaşı İbraqim Adaşev və Aslanbeq Soltaxmadovdur, – bu barədə bu gün DTX-də keçirilən brifinqdə bəyan etdilər.

“İstintaq hərəkətləri nəticəsində, Beri Qabriel Salosi küçəsində yerləşən mənzildən Axmed Çatayevə məxsus kompüterdən müxtəlif texniki avadanlıqlardan audio yazı çıxarılıb. Yazıya uyğun olaraq, Ahmed Çatayev və onun həmfikirliləri Gürcüstan və Türkiyədə terror aktlarının təşkilini planlaşdırıdılar. Onların hədəfi diplomatik missiyalarına hücumları təşkil edirdi.

DTX-nin Anti-terror Departamenti tərəfindən keçirilmiş operativ-istintaq hərəkətləri və 21-22 noyabrda keçirilən xüsusi əməliyyat nıəticəsində, qeyd olunan terror aktlarının qarşısı planlaşdırma prossesində alındı.

Cinayətkar qrup ilə əlaqədə olan digər şəxsləri müəyyən edilməsinin istintaq tədbirləri davam edir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 331-ci prima maddəsinin üçüncü hissəsi ilə aparılır. Maddə terrorizmin maliyyələşdirilməsini, terror fəaliyyətinin başqa növlə maddi dəstəyin təmin edilməsini və 17-dən 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur” – DTX-də bəyan edirlər.

Bununla yanaşı DTX terrorizmin maliyyələşdirilməsini, terror fəaliyyətinə başqa növlə maddi dəstəyin təmin edilməsi ittihamı ilə 5 nəfəri yaxaladı.

 

 

Şərh yaz