Danimarkanın xarici işlər naziri - Danimarka, Gürcüstan və Ukraynaya 860 milyon kron ayıracaq
Danimarkanın xarici işlər naziri - Danimarka, Gürcüstan və Ukraynaya 860 milyon kron ayıracaq

Danimarka yaxın beş il ərzində Gürcüstana və Ukraynaya 860 milyon kron (təxminən 142 milyon dollar) ayıracaq, – bu barədə məlumatı “Kamikposten” nəşri yayır.

Nəşrin məlumatına görə, Danimarka xarici işlər naziri, Anders Samuelsen fevralın 20-23-də Ukrayna və Gürcüstana səfər edəcək.

Diplomatın Rusiyanın təziqi olduğu ölkələrə səfəri islahatlarda dəstək olmaqdır.

Nəşrin yazdığına görə, səfər çərçivəsində xarici işlər naziri, Gürcüstan və Ukrayna üçün qonşuluğun yeni proqramını işə salacaq. Qeyd olunan proqrama uyğun olaraq, Danimarla bu ölkələrə islahatlara dəstək məqsədi ilə yaxın beş il ərzində 860 milyon kron ayıracaq.

“Mənim Ukrayna və Gürcüstana səfərim, ilk növbədə deməkdir ki, Danimarka bu iki ölkəni dəstəkləyir. Bu ölkələr Rusiya tərəfindən təziqdədirlər. Burada qərb və şərq arasında dəyərlər və maraqların mebariəsi baş verir”, – Anders Samuelsen bəyan etdi.

Onun dediyinə görə, Rusiyanın təziqinə qarşı müqavimət göstərmək üçün Gürcüstan və Ukrayna demokratik və liberal islahatlar həyata keçirməlidilər.