Ukraynada son 24 saat ərzində koronavirusun 5 334 halı aşkar edildi, 202 pasiyent vəfat etdi.
Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Son 24 saat ərzində ölkədə koronavirusdan 13 850 pasiyent müalicə olunaraq sağaldı.
Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 1 078 251 halı təsdiq olunub, 18 927 pasiyent vəfat edib, 733 558 insan müalicə olunaraq sağalıb.