Amerikalı konqresmenlər nümayəndələr palatasında Gürcüstanı dəstəkləyən aktı yenə bir dəfə təqdim etdilər
Amerikalı konqresmenlər nümayəndələr palatasında Gürcüstanı dəstəkləyən aktı yenə bir dəfə təqdim etdilər

Amerika Birləşmiş Ştatlarının yeni seçilən konqresinin nümayəndələr palatasında, Gürcüstanın dostlar qrupunun yeni həmsədrləri olan konqresmen Cerald Koneli və Respublikaçı Konqresmen Adam Kisinger yenə bir daha Gürcüstanı dəstəkləyən aktı təqdim etdilər.

Bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani verdi.

“Bu çox əhəmiyyətli bir faktdır. Yeniləşdirilmiş konqresin hər iki palatasında Gürcüstan məsələsi prioritetli məsələlər arasındadır.

Bizim əsas strateji partnyorumuza bir daha təşəkkür etmək istəyirəm. Bu fakt yenə bir daha təsdiqləyir ki, Gürcüstanın ABŞ iqtidarı tərəfindən operativ dəstəyi var” – dedi Davit Zalkaniani.