Medianın məlumatına görə, Senatda erməni soyqırımının tanınması Ağ Evin müraciəti ilə bloklandı
Medianın məlumatına görə, Senatda erməni soyqırımının tanınması Ağ Evin müraciəti ilə bloklandı

Erməni soyqırımının tanınması barəsində qətnaməni Senatda respublikaçı senator, Lindsi Qrem Ağ Evin müraciəti əsasında blokladı. Bu barədə “Axios” internetportalı xəbər yayır.

Yayılan məlumata görə, dəyirmi kabinetdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən ayrıldıqdan sonra Ağ Evin yüksək vəzifəli bir nümayəndəsi Lindsi Qremdən erməni soyqırımı ilə bağlı səsvermədə qətnaməni blok etməsini istəyib.

Buna qədər Konqresin Nümayəndələr Palatası qeyd olunan qətnaməni 405 leyhinə 11 əleyhinə olaraq təsdiq etmişdi.

Soyqırımı 30-dan artıq ölkə, o cümlədən Almaniya, Fransa və İtaliya tanıyıb.