Davit Zalkaniani - Gürcüstan, Ukrayna və Baltikyanı dövlətlər Avropa Şurasının Rusiya məsələsi ilə bağlı qərarını dəstəkləmədilər
Davit Zalkaniani - Gürcüstan, Ukrayna və Baltikyanı dövlətlər Avropa Şurasının Rusiya məsələsi ilə bağlı qərarını dəstəkləmədilər

Avropa Şurası öz prinsiplərinə sadiq qalmalıdır və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən üzvlərindən cavab tələb etməlidir.

“Məhz buna görə, Gürcüstan, Ukrayna və Baltikyanı ölkələr Rusiya ilə bağlı Avropa Şurasının qərarını qəbul etmədilər” – bu barədə bəyanatı Xarici İşlər Naziir Davit Zalkaniani Avropa Şurasının ministerialında, Avropa Şurasının Parlament Assambleyasına Rusiya nümayəndə heyyətinin qaytarılması məsələsini şərhləndirərkən verdi.

Onun dediyinə görə, Gürcüstan hələ cari ilin mayın 14-də nazir müavinlərinin komitəsində Ukrayna, Lietuva, Latviya və Estoniya ilə bərabər qeyd olunan qərara qarşı çıxmışdı.

David Zalkaniani bəyan etdi ki, Rusiya məsələsi ilə bağlı son qərar Avropa Şurasının Parlament Assambleyası tərəfindən verilməlidir və ümid bildirdi ki, deleqatlar bu məsələ ilə bağlı müvafiq şərhlər verəcəklər.

Ministerialda Gürcüstan nümayəndə heyyətinin iştirakına gəlincə isə, Davit Zalkanininin dediyinə görə, ministerialda Gürcüstan-Rusiya münaqişəsi mövzusu müzakirə olunurdu və Gürcüstanın onda iştirakı önəmli idi.

Gürcüstan nümayəndə heyyəti Helsinkidə keçirilən Avropa Şurası ministerialında iştirak edir.