Davit Zalkaniani - Vaşinqtona bir çox yanlış məlumat çatdırılır və əsas olan, oraya doğru məlumat çatdırmaqdır
Davit Zalkaniani - Vaşinqtona bir çox yanlış məlumat çatdırılır və əsas olan, oraya doğru məlumat çatdırmaqdır

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani ABŞ konqresmenləri tərəfindən Gürcüstanın baş naziri Giorgi Qaxariaya ünvanlanan məktubu şərhləndirdi, hansında, onlar “Gürcüstanın söz verdiyi islahatlardan imtina etməsi və dinc demonstrantlara qarşı zorakılığın edilməsi ilə” narahat olduqlarını bildiriblər.

Davit Zalkanianinin dediyinə görə, gürcü hakimiyyəti üçün onun əsas strateji partnyorlarının ölkədə baş verən proseslər haqqındaki mövqeyi önəmli və dəyərlidir.

Zalkanianinin dediyinə görə, Vaşinqtona Gürcüstanda baş verən proseslər haqqında bir çox yanlış məlumat göndərilir.

“Təbii ki, bizim ABŞ-la strateji partnyorluğumuza bu məktubun mənfi təsiri olmayacaq. Əksinə, biz amerikalı partnyorlarımızdan, həm qanunvericilik həm də, icraçılıq səviyyəsində iki partiyalı və ciddi dəstək alırıq. Bunu Nümayəndələr palatasının presedentsiz təşəbbüsü də sübut edir. Əminəm ki, o təşəbbüsü Senat və prezident də dəstəkləyəcək.

Başa düşürük ki, Vaşinqtona bir çox yanlış məlumat çatdırılır və əsas olan odur ki, oraya adekvat məlumatın çatdırılmasını təmin edə bilək” – dedi Davit Zalkaniani.