Arçil Talakvadze - fevraldan bir neçə yüksək səviyyəli səfər baş tutacaq, Konqressdə dostlarımıza arqumentasiyanı çatdıracağıq
Arçil Talakvadze - fevraldan bir neçə yüksək səviyyəli səfər baş tutacaq, Konqressdə dostlarımıza arqumentasiyanı çatdıracağıq

Parlamentin sədri, Arçil Talakvadzenin bəyan etdiyinə görə, fevral ayından ABŞ-a bir neçə yüksək səviyyəli səfər planlaşdırılır.

Talakvadzenin dediyinə görə, Amerika Birləşmiş Ştatlarından və Avropa İttifaqından Gürcüstan bir neçə pozitiv dəyərləndirmə alıb. Bunlar rəsmi dəyərləndirmə hesabatlarında da əks olunub.

“Bu illər ərzində bizim tərəqqimiz var – bunlar təhlükəsizlik, müdafiə imkanlarının yaxşılaşdırılması, insan hüquqları, penitensial sistemdə aparılan islahatlar, konstitusiya balansı, demokratik institutlarının gücləndirilməsi, səhiyyə bölməsidir. Bu tərəqqilər Amerika Birləşmiş Ştatları, həmçinin Avropa İttifaqı tərəfindən etiraf edilibdir”, – Parlamentin sədri bəyan etdi.

Arçil Talakvadzenin qeyd etdiyinə görə, ABŞ Konqressində həmkarlarla intensiv danışıqlar planlaşdırılır.

“Bizim dostlarımızın Konqressdən edilən bəyanatlara gəldikdə, artıq səfərlər planlaşdırılıb. Bu cür bir neçə yüksək səviyyəli səfər fevraldan planlaşdırılır. ABŞ Konqressində həmkarlarla intensiv danışıqlarımız olacaq. Konqressdə dostlarımıza arqumentasiyanı çatdıracağıq”, – Arçil Talakvadze bəyan etdi.