ABŞ-ın nümayəndələr palatasının Xarici Əlaqələr Komitəsində Rusiya tərəfindən Gürcüstana qarşı aparılan aqressiyası qınadılar
ABŞ-ın nümayəndələr palatasının Xarici Əlaqələr Komitəsində Rusiya tərəfindən Gürcüstana qarşı aparılan aqressiyası qınadılar

ABŞ-ın nümayəndələr palatasının Xarici Əlaqələr Komitəsində, “Countering a Resurgent Russia” mövzusu ilə bağlı iclas keçirildi.

İclasa Avropa və Avrasya məsələləri üzrə ABŞ-ın Dövlət Nazirinin sabiq yardımçısı və NATO-da sabiq daimi nümayəndəsi, Brukinq İnstitutunun tədqiqatçısı Viktoriya Nuland, Polşanın ABŞ-daki səfiri, Atlantik Şuranın baş tədqiqatçısı Deniel Frid və müharibələrin öyrənilməsi institutunun qüvvədəki sədri general Cek Kein dəvət edilmişdilər.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, iclasa dəvət edilən qonaqlar və konqresmenlər Rusiyanın aqressivliyini və xüsusi ilə də qonşu ölkələr olan Gürcüstana və Ukraynaya qarşı aqressiv hərəkətlərini və işğalını qınadılar.

İclas iştirakçıları bəyan edirdilər ki, bu aqresiyaya cavab olaraq, daha fəal addımlar atılmalıdır və belə addımların atılmasının yollarını müzakirə etdilər.