Vaxtanq Qomelauri - Polis əməkdaşına hücum dövlət qurumuna hücum deməkdir və bunun yolverilməz olduğunu xüsusilə vurğulayıram
Vaxtanq Qomelauri - Polis əməkdaşına hücum dövlət qurumuna hücum deməkdir və bunun yolverilməz olduğunu xüsusilə vurğulayıram

 
İnanın mənə, vətəndaşlarla polislər arasında baş vermiş qarşıdurma heç kim üçün, hətta mənim üçün belə yaxşı mənzərə deyildi-bu haqda daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, polislər mütəmadi olaraq aksiyanın təşkilatçılarına asayişlə bağlı çağırış ediblər, lakin gərginlik yaratmaq müəyyən qüvvələrin məqsədi olub və bunun üçün hər cür üsula əl atıblar.

“Polislər mütəmadi olaraq aksiyanın təşkilatçılarına asayişlə bağlı çağırış edirdilər, lakin gərginlik yaradılmasının müəyyən qüvvələrin məqsədi olduğunu biz çox yaxşı başa düşürük və bunun üçün hər cür üsula əl atdılar. Aprelin 16-da gecə saatlarında, hətta aksiya artıq sonlanmaq üzrə olarkən belə iştirakçılar polis əməkdaşlarını sözlü təhqir edirdilər. Onları, ailə üzvlərini, övladlarını söyür, pis sözlər deyirdilər, mən davam etməyəcəyəm. İnanın mənə, bundan sonra vətəndaşlarla polislər arasında baş vermiş qarşıdurma heç kim üçün, hətta mənim üçün belə yaxşı mənzərə deyildi. Lakin, əminliklə deyə bilərəm ki, bütün bunların olmasına hüquq-mühafizə orqanlarının əməkdaşlarına deyilmiş eşidilməmiş təhqirlər səbəb oldu. Polis əməkdaşına hücum dövlət qurumuna hücum deməkdir və bunun yolverilməz olduğunu xüsusilə vurğulayıram” – deyə daxili işlər naziri açıqlayıb.