Mixaeil Çxenkeli bəyan edir ki, milli imtahanların tarixinin avqusta keçirilməsi mümkündür, imtahan forması isə, dəyişməz qalacaq
Mixaeil Çxenkeli bəyan edir ki, milli imtahanların tarixinin avqusta keçirilməsi mümkündür, imtahan forması isə, dəyişməz qalacaq

Milli imtahanların dəqiq tarixi iyunda açıqlanacaq, həmin vaxtı epid-durum ilə bağlı daha artıq məlumatımız olacaq, – bu barədə Gürcüstan Təhsil və Elm naziri, Mixeil Çxenkeli bəyan etdi.

Bununla yanaşı, nazir qeyd edir ki, tarixin avqusta keçirilməsi mümkündür.

“Milli imtahanlar ilə bağlı ictimaiyyətə təfərrüatlı məruzə etdim. Buna qədər olduğu kimi, milli imtahanların dəqiq tarixi iyunda açıqlanacaq və bunun cari il böyük əhəmiyyəti var, çünki iyunda epid-durum ilə bağlı daha artıq məlumatımız olacaq, yalnız bizdə deyil, bütün dünyada.

Milli imtahanlar ilə bağlı yeganə mümkün baş verə biləcək dəyişiklik, tarixlərdə dəyişikliklərdir. Tarixin avqusta keçirilməsi mümkündür. Lakin bunun səbəbi yalnız epid-durum ola bilər.

İmtahanların formatına gəldikdə, buna qədər olduğu kimi, dəyişməz olaraq qalacaq.

Müvafiq olaraq, bu günki həcmi nəzərə alaraq, diqqəti iyuna yetiririk”, – Mixeil Çxenkeli bəyan etdi.