Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, rekomendasiyaların müdafiəsi təqdirində milli imtahanlarda infeksiyanın yayılması riski minimaldır
Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, rekomendasiyaların müdafiəsi təqdirində milli imtahanlarda infeksiyanın yayılması riski minimaldır

Vahid Milli İmtahanlar prosesi kifayət qədər yaxşı hazırlanıb, – bu barədə Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru, Amiran Qamğrelidze bəyan etdi.

Amiran Qamğrelidzenin qeyd etdiyinə görə, rekomendasiyaların müdafiəsi təqdirində milli imtahanlarda abituriyentləri heç cür təhlükə hədələmir və infeksiyanın yayılması riski minimaldır.

“Vahid Milli İmtahanlar prosesi kifayət qədər yaxşı hazırlanıb. Təhsil və Səhiyyə Nazirliyinin işçi qrupu, Xəstəliklərə Nəzarət Milli Mərkəzi ilə birlikdə bu hazırlıq prosesində iki ay işləyirdi. Burada bütün detallar yazılıbdır. Buna görə, imtahanlarda abituriyentləri heç cür təhlükə hədələmir və infeksiyanın yayılması riski minimaldır. Hər şey hesablanıb və çox yaxşı hazırlanıbdır”, – Qamğrelidze bəyan etdi.

Gürcüstanda Vahid Milli İmtahanlar sabah başlayır. Səhiyyə Nazirliyi Dəyərləndirmə və İmtahanlar Milli Mərkəzi tərəfindən təşkil edilmiş imtahanlar üçün rekomandasiyalar hazırladı.