Vahid Milli İmtahanlar sabah başlayır
Vahid Milli İmtahanlar sabah başlayır

Dəyərləndirmə və İmtahanlar Milli Mərkəzinin rəhbəri, Sopo Qorqodzenin məlumatına görə, sabah, saat 08:00-dan Vahid Milli İmtahanlar başlayır.

Qorqodzenin məlumatına görə, abituriyentlər imtahanları gürcü dili və ədəbiyyatından verəcəklər. Gürcüstan miqyası ilə 24  imtahan mərkəzi açılacaq.

“Abituriyentlər maska ilə gəlməlidirlər. Özlərində olmasa, biz təmin edəcəyik. Termoskriniqdən keçəcəklər. Əgər imtahan mərkəzlərində temperatur 30 dərcəyədək artsa, kondisioneri quracağıq, lakin bu təqdirdə maskanı taxmalı olacaqlar. Abituriyentlər şəxsiyyət vəsiqəsini və imtahan kartını gətirməlidirlər. Sektorda masalar arasında məsafə iki metr olacaq. 37 dərəcə qeydə alınsa, abituriyentin temperaturu təkrar olaraq civə termometri ilə yoxlanılacaq və bundan sonra həkim qərar qəbul edəcək”, – Sopo Qorqodze bəyan etdi.

Vahid Milli İmtahanlar 6 iyulda başlayır və 25 iyulda başa çatacaq. Qrant müsabiqəsi 25 iyulda keçirləcək. Maqistr imtahanları 1 avqustda başlayacaq və 4 avqust da daxil olmaqla davam edəcək. Müəllimlik arzusunda olanlar çün imtahanlar prosesi 22 iyulda başlayacaq və 30 iyulda başa çatacaq.