Vahid Milli İmtahanlar başladı
Vahid Milli İmtahanlar başladı

Vahid Milli İmtahanlar başladı. Gürcüstan miqyası ilə açılan 24 imtahan mərkəzində abituriyentlər imtahanları bu gün gürcü dili və ədəbiyyatından verirlər.

İmtahan mərkəzlərinsə qeydiyyat saat 08:00-da, imtahan isə, saat 09:00-da başladı. Abituriyentlər qeydiyyatdan məsafənin müdafiəsi ilə keçdilər. Mərkəzlərə daxil olana qədər onlara termoskrininq edildi.

Dəyərləndirmə və İmtahanlar Milli Mərkəzinin məlumatına görə, Gürcüstan Səhiyyə Nazirliyinin rekomendasiyalarına müvafiq olaraq, imtahana daxil olanlar və müşahidəçilər imtahan sektoru sahəsinin yalnız 50 faizinə buraxılacaqlar.

Elə onların məlumatına görə, hər bir masa səffaf baryer ilə təchiz olunacaq, masalar arasında məsafə iki metr olacaq.

Hökumətin qərarı ilə, abituriyentin imkanı olacaq ki, imtahan zamanı maskanı çıxarsın. Müyyən şərasitdə kondinsionerin qoşulması mümkün olacaq.