Zurab Abaşidze - Luqar Laboratoriyası haqqında Rusiya Dövlət İdarələri və medya tərəfindən yayılan məlumat əsassızdır
Zurab Abaşidze - Luqar Laboratoriyası haqqında Rusiya Dövlət İdarələri və medya tərəfindən yayılan məlumat əsassızdır

Luqar Laboratoriyasında gizli-qapalı tədqiqatların keçirilməsi haqqında Rusiya Dövlət İdarələri və medya tərəfindən yayılan məlumat əsassızdır, – bu sözlərlə Rusiya ilə əlaqələr məsələləri üzrə baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze Putinin bəyanatına cavab verdi.

Zurab Abaşidze bəyan edir ki, Gürcüstan hazırdır ki, beynəlxalq mexanizmlərin istifadəsi ilə, laboratoriya işinin monitoringi həyata keçirilsin.

Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi hesab edir ki, Luqar laboratoriyasına qarşı aparılan kampaniya, Rusiyanın xarici siyasətinə xidmət edir.

Rusiya prezidenti Vladimer Putinə, beynəlxalq diskussiya klubu “Valdais”-da keçirilən görüşdə, Luqar tədqiqat mərkəzi haqqında Gürcüstanın sabiq Təhlükəsizlik Naziri İqor Giorqadzenin verdiyi bəyanat ilə bağlı sual verdilər.

Vladimer Putin isə, cavab verdi ki, İqor Giorqadzenin bəyanatı narahat edicidir.

“Mən Gürcüstanın sabiq təhlükəsizlik nazirinin bəyanatını dinlədim. Bu məlumatın nə qədər doğru olduğunu bilmirəm. Əgər belə tədqiqatlat həqiqətən keçirilirsə, bu bizi narahat edər. Əgər həqiqətən də insanlara etnik mənsubiyyətlərinə görə, ayrı şəkildə təsir edən virusların yayılması haqqında məlumat doğrudursa, bu bizim üçün böyük təhlükədir. Əgər kimsə belə tədqiqatlar keçirirsə, onda hazır olsun ki, bizdə eyni şeyi edəcəyik. Ən yaxşısı odur ki, oturub, müəyyən məsələlərdə birgə fəaliyyət qaydalarını hazırlayaq” – dedi Vladimer Putin.