Ermənistan baş naziri və Azərbaycan prezidenti Moskvaya getdilər
Ermənistan baş naziri və Azərbaycan prezidenti Moskvaya getdilər

Ermənistanın baş naziri, Nikol Paşinyan və Azərbaycan prezidenti, İlham Əliyev Moskvaya getdilər. Rusiyada Ermənistan səfiri, Vardan Toqaniyanın bəyan etdiyinə görə, Nikol Paşinyan Rusiya və Azərbaycan prezidenti ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi barəsində söhbət edəcək.

Paralel olaraq, Azərbaycanın Rusiyadakı səfiri, Polad Bülbüloğlu bəyan edir ki, Azərbaycan prezidenti artıq Moskvadadır və ölkənin nümayəndə heyəti Kremlə yollanır.

Rusiya paytaxtında üçtərəfli görüş Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək. Kremlin mətbuat xidmətinin məlumatına görə, tərəflər Dağlıq Qarabağ üzrə qəbul olunan razılaşmanın həyata keçirilməsi yolları və bölgə probleminin həlli üçün gələcək addımları müzakirə edəcəklər.