Avropa Şurası prezidenti, Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti baş tutdu
Avropa Şurası prezidenti, Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti baş tutdu

Avropa Şurası prezidenti, Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti baş tutdu. Bu barədə məlumatı Kreml yayır.

Onların məlumatına görə, Şarl Mişel Vladimir Putinə Belarus məsələsi ilə bağlı keçirilən Avropa İttifaqının sammiti barəsində məlumat çatdırdı.

Şarl Mişel Vladimir Putin təsdiq etdilər ki, Belarusda vəziyyətin təcili normallaşdırılması Rusiya və Avropa İtiifaqının marağındadır.

Xatırladaq ki, 19 avqustda Avropa İttifaqının sammiti keçirildi və başa çatmasından sonra liderlər bəyan etdilər ki, Belarusun prezident seçkilərinin nəticələrini tanımırlar.