Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı Liviya və Suriya məsələlərini müzakirə etdilər
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı Liviya və Suriya məsələlərini müzakirə etdilər

Rusiya və Türkiyə prezidentləri, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı Liviya və Suriya məsələlərini müzakirə etdilər.

Kremlin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyildiyi kimi, söhbət Liviya məsələsinə fokuslaşdırılmışdı. Putin türk həmkarı ilə söhbəti zamanı, Liviyada qarşıduran tərəflər arasında birbaşa dialoqun başlaması vacibliyini xüsusilə qeyd etdi.

Türkiyə və Rusiya, həmçinin Suriyada anti-terror cəhdlərinin fəallaşdırılması üzrə razılaşdılar.