Zaza Saralidzenin ailə vəkili - İstintaq komisiyasına etimad edirik və işi ilə bağlı ümid bəsləyirik
Zaza Saralidzenin ailə vəkili - İstintaq komisiyasına etimad edirik və işi ilə bağlı ümid bəsləyirik

Biz, Xorava küçəsində baş verən cinayətin istintaq komisiyasına etimad edirik və onun iş prosesinə qoşulacağıq, – bu barədə bəyanatı Xorava küçəsində öldürülən David Saralidzenin ailə vəkili Nestan Londaridze verdi.

Nestan Londaridze bəyan etdi ki, komisiyaya işin bütün detallarını və pozuntuları tanıdacaq. Onun dediyinə görə, söhbət dəlillərin yox edilməsi məsələsinə aid olacaq.

“Biz komisiyanın fəaliyyətinə güvənirik, əks halda, onun işinə qoşulmazdıq” – dedi Nestan Londaridze.

Müvəqqəti istintaq komisiyasının sədri Sergi Kapanadze bugün Zaza Saralidze ilə görüşdü.

Bununla yanaşı, komisiya bugün qeyri-hökümət təşkilatlarınnı üzvləri ilə də görüşdü.