Müvəqqəti istintaq komisiyasına Xorava küçəsində baş verən cinayət işi ilə yaxından tanış olmaq üçün izin verildi
Müvəqqəti istintaq komisiyasına Xorava küçəsində baş verən cinayət işi ilə yaxından tanış olmaq üçün izin verildi

Müvəqqəti istintaq komisiyasına Xorava küçəsində baş verən cinayət işinin detalları  və məhkəmə qərarı ilə yaxından tanış olmaq üçün izin verildi.

Bu barədə məlumatı Gürcüstan prokurorluğu yayır.

İdarənin məlumatına görə, Gürcüstan prokurorluğu müvəqqəti istintaq komisiyası ilə sıx əməkdaşlıq üçün hazırdır.

Xorava küçəsində baş verən cinayətlə bağlı yaranan Gürcüstan parlamentinin müvəqqəti istintaq komisiyasının ilk iclası bugün keçirildi.

Müvəqqəti komisiya iyunun 6-da yarandı.