İrakli Kobaxidze - İstintaq Komissiyası üç aylıq işini, öz vaxtında istintaqın başa çatdırdığı kimi başa çatdırdı
İrakli Kobaxidze - İstintaq Komissiyası üç aylıq işini, öz vaxtında istintaqın başa çatdırdığı kimi başa çatdırdı

Xorava küçəsində baş verən qətl işini öyrənən İstintaq Komissiyası üç aylıq işini, öz vaxtında istintaqın başa çatdırdığı işi kimi başa çatdırdı, – bu barədə Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze bəyan etdi.

“İstintaqa ittiham irəli sürürdülər ki, iş açıla bilmədi, indi özlərinin üç ayı var idi, lakin aşkar oldu ki, həqiqətin müəyyənləşdirilməsi üçün onların da kifayət qədər əsasları yox idi.

Bu işin şahidləri indi də sağdılar. Nəyə görə istintaq komissiyası onlardan daha artıq məlumat ala bilmədi”, – İrakli Kobaxidze bəyan etdi.

Onun dediyinə görə, istintaqın obyektiv problemi, konkret şəxslərin istntaqla əməkdaşlıq etməmələri idi.

Gürcüstan Parlamentinin sədrinin dediyinə görə, “Avropa Gürcüstanı” tərəfindən hazırlanmış yekuna siyasi fon əlavə olunur.

İrakli Kobaxidze hesab edir ki, “Avropa Gürcüstanı” tərəfindən hazırlanmış yekunda olan qüsurlar əsasında, kiminsə siyasi məsuliyyətinə verilməsi mümkün deyil.