İrakli Şotadze - Qanuna tabe olan bir vətəndaş olaraq, istintaq komisiyasının suallarına cavab vermək üçün gəldim
İrakli Şotadze - Qanuna tabe olan bir vətəndaş olaraq, istintaq komisiyasının suallarına cavab vermək üçün gəldim

Sabiq baş prokuror İrakli Şotadze bəyan edir ki, Xorava küçəsində baş verən cinayəti öyrənən istintaq komisiyasının bütün suallarına cavab verəcək.

Bu barədə bəyanatı Şotadze jurnalistlərə komisiya iclası başlamadan öncə verdi.

“Qanuna tabe olan bir vətəndaş olaraq, istintaq komisiyasının suallarına cavab vermək üçün gəldim, qalan təfərrüatları da iclasdan sonra deyərəm” – dedi Şotadze.

İstintaq komisiyası bugün Daxili İşlər Naziri Giorgi Qaxariayı da sorğulayacaq.

İki aylıq fəaliyyəti ərzində, parlamentin istintaq komisiyası artıq 70-ə qədər insanı sorğuladı. Sorğulananların arasında qanlı qarşıdurmada iştirak edən gənclər də var idilər.

Komisiya üzvləri ehtimal edirlər ki, sentyabra qədər onların son qərarı hazır olacaq.