Xorava küçəsində baş verən qətl cinayətinin istintaqını aparan müvəqqəti komisiya gələn həftə ekspertləri sorğulayacaq
Xorava küçəsində baş verən qətl cinayətinin istintaqını aparan müvəqqəti komisiya gələn həftə ekspertləri sorğulayacaq

Xorava küçəsində baş verən qətl cinayətinin istintaqını aparan müvəqqəti komisiyanın iclasları iyulun 9-dan davam edəcək.

Komisiyanın bugünki iclasında, komisiyanın sədri Sergi Kapanadze bəyan etdi ki, iyulun 9-da komisiyanın üç nəfərlik qrupunda həddibuluğa çatmış şahadları, ondan əvvəlki gün isə, həddi buluğa çatmayanları sorğulayacaqlar.

İyulun 9-da komisiyanın iclası genişləndirilmiş formatla keçiriləcək və onda Samxarauli adına Milli Ekspertiza Bürosunun ekspertlərini də sorğulayacaqlar.

Komisiyanın bugünki iclasında isə, 51-ci məktəbin direktoru və onun müavini və həmçinin, Birinci Ekperimental məktəbin direktoru sorğulandılar.