Parlamentin müvəqqəti istintaq komisiyası tərəfindən bir nəfərin sorğulanması qətlin baş verdiyi küçədə keçirilir
Parlamentin müvəqqəti istintaq komisiyası tərəfindən bir nəfərin sorğulanması qətlin baş verdiyi küçədə keçirilir

Xorava küçəsində baş verən qətl cinayəti ilə bağlı bir nəfərin sorğulanması hadisə yerində keçirilir.

Şahad Nikoloz İordanişvili komisiya üzvlərinə o gün gördüklərini söyləyir.

Komisiyanın sədri Sergi Kapanadzenin dediyinə görə, onların məqsədi, cinayətin baş verdiyi gün hadisə yerində olan insanları tapıb, onlarla söhbət etməkdir.

“Söhbət etdiyimiz insanların əksəriyyəti deyir ki, cinayəti tam olaraq, görə bilməyiblər, ancaq nə qədər çox insan danışdırsaq, o qədər dəqiq məlumat yığa bilərik və daha sonra, yeni aldığımız ifadələri, daha öncə verilənlərlə müqayisə edəcəyik” – dedi Sergi Kapanadze.