Yohanes Han - Serbiya və Monteneqro güman edildiyinə görə, 2025-ci ildə Aİ-nin üzvləri olacaqlar
Yohanes Han - Serbiya və Monteneqro güman edildiyinə görə, 2025-ci ildə Aİ-nin üzvləri olacaqlar

Serbiya və Monteneqro güman edildiyinə görə, 2025-ci ildə Avropa İttifaqının üzvləri olacaqlar – bu barədə avrokommisar Yohanes Han Reuters ilə müsahibəsində bəyan etdi.

“Vaxt gəlib çatdı ki, 1989-cu ildə başlamış işi sona başa vuraq”, – avrokommisar bəyan etdi.

Yayılan məlumata görə, Yohanes Han fevralda Serbiyaya səfər planlaşdırır. Gələmn ay Han Vaşinqtona da səfər edəcək. Onun Dövlət Departamentində yüksək səviyyəli görüşləri planlaşdırılıb. Burada əsas mövzulardan biri Balkan ölkələrinə dəstək olacaq.

2018-ci ilin mayında isə, Bolqarıstanda Balkan ölkələrinin zirvə toplantısı planlaşdırılıb. Burada da Avropa liderləri iştirak edəcəklər.