Monteneqroda son üç həftə ərzində koronavirusun ilk yeni halı qeydə alındı
Monteneqroda son üç həftə ərzində koronavirusun ilk yeni halı qeydə alındı

Monteneqroda son üç həftə ərzində “COVID-19”-un ilk yeni halı qeydə alındı. Məlumatı “Al Cazira” yayır.

Yayılan məlumata görə, virusa yoluxan Bosniyadan Monteneqroya gedən kişidir. O, evdə izolasiyada idi.

Monteneqroda virusun yayılmasından bu günə qədər koronavirusun 325 halı qeydə alınıb, doqquz insan vəfat edib.

Baş anzir, Duşko Markoviç 25 mayda Monteneqronu “COVID-19”-dan azad ölkə bəyan etdi.