Gürcüstan yığması İsveçrəni overtaymda məğlubiyyətə uğratdı - 96:88
Gürcüstan basketbol yığması bu gün İsveçrə milli komandasını Tbilisi İdman Sarayında qəbul etdi.
2021-ci il Avropa Çempionatının seçmə matçının ilk iki periodu gürcü basketbolçularının böyük üstünlüyü ilə keçdi, lakin görüşün ikinci yarısında İsveçrəlilər hesabı minimuma qədər azaltdılar, sonra isə, bərabərləçdirdilər – 79:79.
Əsas vaxtın heçheçə başa çatmasından sonra overtaym təyin edildi. Oyun yekunda Gürcüstan yığmasının qələbəsi ilə, 96:88 hesabı ilə başa çatdı.
Xatırladaq ki, Gürcüstan 2021-ci ilin Avrobasketin ev sahibi ölkələrindən biridir. Buna görə, Gürcüstan yığmasının final mərhələsində yeri qarantiyalanıbdır və seçim silsiləsi rəmzidir.
23 fevralda komada Serbiyaya gedəcək və yerli yığma ilə qarşılaşacaq.









