Prezident administrasiyası - Salome Zurabişvili Monteneqronun, koronavirus ilə mübarizədə uğrurlu ölkələrdən biri kimi, təhlükəsiz turizm dəhlizinə qoşulması imkanlarını müzakirə etdi
Prezident administrasiyası - Salome Zurabişvili Monteneqronun, koronavirus ilə mübarizədə uğrurlu ölkələrdən biri kimi, təhlükəsiz turizm dəhlizinə qoşulması imkanlarını müzakirə etdi

Gürcüstan prezidenti, Salome Zurabişvili Monteneqro prezidenti ilə telefonla söhbət etdi və ümidvar olduğunu ifadə etdi ki, koronavirus pandemiyasına görə təxirə salınmış onun səfəri, böhranın başa çatmasından sonra keçiriləcək.

Məlumatı Gürcüstan prezidenti administrasiyası yayır.

Elə onların məlumatına görə, prezidentlər Gürcüstan və Monteneqroda koronavirus ilə bağlı yaranmış durumu və koronavirusa qarşı hər iki ölkəyə uğur gətirən, hakimiyyətlər tərəfindən həyata keçirilən tədbirlər barəsində söhbət etdilər.

“Monteneqro prezidenti pandemiya ilə mübarizədə Gürcüstan tərəfindən həyata keçirilən tədbirlərə yüksək dəyərləndirmə verdi. Söhbət zamanı böhrandan sonrakı dövrdə iqtisadiyyatin işə salınması strategiyası planına toxunuldu.

Gürcstan prezidenti Monteneqroya təhlükəsiz ölkələr turizmi dəhlizinə qoşulmağı təklif etdi. Monteneqro prezidenti qeyd olunan təklifi maraqlı idea adlandırdı”, – Gürcüstan prezidenti administrasiyasının məlumatında deyilir.