Yaxın günlərdə Gürcüstan vətəndaşlarının qayıdacağı daha bir neçə reys yerinə yetiriləcək
Yaxın günlərdə Gürcüstan vətəndaşlarının qayıdacağı daha bir neçə reys yerinə yetiriləcək

Koordinasiya Şurası ilə müəyyənləşdirilmiş aviareyslər çərçivəsində, yaxın günlərdə Gürcüstan vətəndaşlarının qayıdacağı daha bir neçə reys yerinə yetiriləcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, qarşıdakı uçuşların həyata keçirilməsi planlaşdırılıb:

30 aprel – Madrid-Tbilisi

2 may – Praqa-Tbilisi

5 may – Afina-Tbilisi

7 may – Amsterdam-Tbilisi

9 may – Berlin-Tbilisi

Xarici İşlər Nazirliyinin son göstəriciləri ilə, xaricdə olan Gürcüstanın 15 393 vətəndaşına yardım yerindəcə edildi, vətənə 7 988 insan qaytarıldı.