Varşava-Tbilisi xüsusi reysi ilə vətənə 171 insan qayıtdı
Varşava-Tbilisi xüsusi reysi ilə vətənə 171 insan qayıtdı

Gürcüstan hakimiyyəti xaricdə olan Gürcüstan vətəndaşlarının vətənə mərhələ şəklində qaytarılması prosesini davam etdirir. İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, Tbilisi Beynəlxalq Aeroportuna Varşava-Tbilisi xüsusi reysi ilə vətənə 171 insan qayıtdı.

“Sərnişinlər aeroportda tibbi müayinədən keçdilər, bundan sonra xüsusi avtobuslarla karantin məkanlarına aparıldılar, burada onlar 14 gün ərzində məcburi karntində olacaqlar.

Hazırda karantin məkanlarında 5 600-ə qədər insan yerləşdirilibdir”, – İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında deyilir.