ATƏT-in sədri, En Linde rəsmi səfərlə Gürcüstandadır
ATƏT-in sədri, En Linde rəsmi səfərlə Gürcüstandadır

ATƏT-in sədri, İsveç Krallığının Xarici İşlər naziri, En Linde rəsmi səfərlə Gürcüstandadır.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində diplomat Xarici İşlər naziri, David Zalkaliani ilə görüşəcək və ATƏT-in sədr ölkəsi kimi İsveç ilə beynəlxalq əməkdaşlığın aktual mövzuları müzakirə olunacaq.

Elə onların məlumatına görə, şəfər çərçivəsində İsveç Xarici İşlər naziri Gürcüstan prezidenti Salome Zurabişvili, Parlamentin sədri Arçil Talakvadze və Gürcüstanın baş naziri Giorgi Qaxariya ilə görüşlər keçirəcək.

Səfər çəçivəsində, En Linde işğal xəttində yerləşən Xurvaleti kəndinə gedəcək.

En Linde İsveç Xarici İşlər naziri vəzifəsində Gürcüstana 2020-ci ildə səfər etmişdi.