Vaxtanq Maxaroblişvili - Mayk Pompeonun Gürcüstana səfəri strateji partnyorluğun əhəmiyyəti və möhkəmliyinə xüsusi diqqət yetirir
Vaxtanq Maxaroblişvili - Mayk Pompeonun Gürcüstana səfəri strateji partnyorluğun əhəmiyyəti və möhkəmliyinə xüsusi diqqət yetirir

Mayk Pompeonun Gürcüstana səfəri strateji partnyorluğun əhəmiyyəti və möhkəmliyinə xüsusi diqqət yetirir, – bu barədə Gürcüstan Xarici İşlər nazirinin birinci müavini, Vaxtanq Maxaroblişvili Amerika Birləşmiş Ştatlarının dövlət katibi, Mayk Pompeonun Gürcüstana səfəri ilə bağlı bəyan etdi.

Onun dediyinə görə, səfər çərçivəsində planlaşdırılmış görüşlərdə tərəflər müdafiə və təhlükəsizlik, iqtisadi əməkdaşlıq, ticarət, təhsil və sair məsələləri müzakirə edəcəklər.

“Gürcüstana bu gün Amerika Birləşmiş Ştatlarının dövlət katibi, Mayk Pompeo iki günlük rəsmi səfərlə gələcək. Səfər çərçivəsində Mayk Pompeo Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya, Xarici İşlər naziri David Zalkaliani və Bütün Gürcüstanın Katalikos-Patriarxı İkinci ilya ilə görüşəcək

Görüş zamanı ABŞ-Gürcüstanın strateji partnyorluğu xartiyası ilə nəzərdə tutulmuş prioritet istiqamətlər və müdafiə və təhlükəsizlik, eləcə də ticart və iqtisadiyyat, demokratiya, xalqlar arası əlaqələr, təhsil və mədəniyyət sahəsində ölkələr arasında mövcud möhkəm əməkdaşlığın sonrakı dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

Səfər çərçivəsində keçirilən görüşlər zamanı Gürcüstan və bölgədə mövcud təhlükəsizlik mühitini müzakirə edəcəklər. Tərəflər arasında həmçinin Gürcüstanda cari demokratik və iqtisadi islahatlar müzakirə olunacaq.

Həmçinin gürcü tərəfinin imkanı olacaq ki, Mayk Pompeoya Gürcüstanın işğal olunmuş ərazilərində mövcud təhlükəsizlik və humanitar vəziyyətlə bağlı məlumat çatdırsın”, – Maxaroblişvili bəyan etdi.

Onun dediyinə görə,  Mayk Pompeonun Gürcüstana səfəri strateji partnyorluğun əhəmiyyəti və möhkəmliyinə xüsusi diqqət yetirir.

“Gürcüstana ABŞ dövlət katibinin səfəri ABŞ və Gürcüstan arasında mövcud strateji partnyorluğun möhkəmliyini bir daha xüsusilə qeyd edir. Səfər zamanı Amerika Birləşmiş Ştatlarının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də ölkəmizin sonrakı demokratiyanın inkişafı və avroatlantik strukturlarına inteqrasiyası cəhdlərinə qarşı dəstəyi bir daha təsdiq olunacaq.

Qeyd olunasıdır ki, səfər çərçivəsində planlaşdırılmış tədbirlər pandemiya ilə nəzərdə tutulmuş təhlükəsizliyin müvafiq protokolunun müdafiəsi ilə həyata keçirilir”, – Vaxtanq Maxaroblişvili bəyan etdi.