Vəkil - Vepxiya Bakradze qətl faktını etiraf edir, lakin ağırlaşdırıcı mühitdə deyil
Vəkil - Vepxiya Bakradze qətl faktını etiraf edir, lakin ağırlaşdırıcı mühitdə deyil

Tbilisidə, Barnov küçəsində qətl törətməkdə ittiham olunan, Vepxiya Bakradzenin vəkili, qətimkan təbiri olaraq girovun seçilməsini tələb edir.

Bu barədə vəkil, Levan Marsaqişvili jurnalistlərə Şəhər Məhkəməsində bəyan etdi. Onun dediyinə görə, müttəhim qətl faktını etiraf edir, lakin ağırlaşdırıcı mühitdə deyil.

“O, qətl faktını etiraf edir, lakin ağırlaşdırıcı mühitdə deyil. Bu mərhələdə motivlər barəsində danışa bilmərəm. Biz alternativanı tələb edirik, girovu 20 min ları miqdarında”, –

Prokurorluq qətimkan təbiri olaraq həbs edilmənin seçilməsini tələb edir.

Qətl Tbilisidə, Barnov küçəsində aprelin 13-də baş verdi. Keçmiş atalığı gənc qadına, azyaşlı uşaqları gözü önündə, boğaz nahiyyəsinə ölümcül zərbə yetirdi. Daxili İşlər Nazirliyi gənc qadının qətlində ittiham olunan Vepxiya Bakradzeni aprelin 14-də yaxaladı.