Giorgi Qaxariyanın məktubu ilə bağlı bəyanat barəsində Mamuka Xazaradze məhkəmədə bu gün sorğu olunacaq
Giorgi Qaxariyanın məktubu ilə bağlı bəyanat barəsində Mamuka Xazaradze məhkəmədə bu gün sorğu olunacaq

“TBC Bankın” təsisçisi Mamuka Xazaradze məhkəmədə bu gün sorğu olunacaq.

Bu barədə məlumatı Birinci Kanala Prokurorluqda təsdiq etdilər.

İdarənin məlumatına görə, dindirilmə Tbilisi Şəhər Məhkəməsində, Prokurorluğun vəkalətnaməsi ilə baş tutacaq və Xazaradzenin bəyanatı ilə əlaqədardır.

“TBC Bankın” təsisçisi Parlamentin maliyyə-büdcə komitəsinin iclasında bəyan etdi ki, prezident seçkilərinin ikinci turundan əvvəl hədə-qorxu tərkibli məktub qəbul etdi. Parlamentin maliyyə-büdcə komitəsinin iclasında Xazaradzenin məktubu ilə bağlı sualı müxalifətçi deputat, İrma Nadiraşvili verdi. Mamuka Xazaradzenin bəyanatına Dİ naziri, Giorgi Qaxariya şərh verdi. Onun dediyinə görə, o, məktublar yazmır və sözünü hamının üzünə deyir.

Şərh yaz