Giorgi Qaxariya Mamuka Xazaradzeyə cavab verir - mən məktubar yazmıram, sözümü hamının üzünə deyirəm
Giorgi Qaxariya Mamuka Xazaradzeyə cavab verir - mən məktubar yazmıram, sözümü hamının üzünə deyirəm

Bu, bir imtiyazlı biznesmenin Parlament tirbunasından qeybətlə imunitetin əldə etməsi cəhdi idi, – bu barədə jurnalistlərin sualına Daxili işlər naziri, Girogi Qaxariya cavab verdi. Jurnalistlər “TBC Bankın” təsisçisi Mamuka Xazaradzenin hədə-qorxu məktubu ilə bağlı bəyanatı barəsində ona sual verdilər.

Qaxariyann dediyinə görə, o, məktublar yazmır və sözünü hamının üzünə deyir.

“Bu, bir imtiyazlı biznesmenin Parlament tirbunasından qeybətlə imunitetin əldə etməsi cəhdi idi. Başqa hər şey yalandır. Mən məktubar yazmıram, sözümü hamının üzünə deyirəm. Biznesdə imtiyazlıq bu ölkədə bir dəfəlik sona yetməlidir. Şantaj dili ilə söhbət ümumiyyətlə siyasətdən aradan qaldırılmalıdır və şantaj dilində söhbətə baxmayaraq, hamı öz sözünə cavab verməli olacaq”, – Giorgi Qaxariya bəyan etdi.

“TBC Bankın” təsisçisi Parlamentin maliyyə-büdcə komitəsinin iclasında bəyan etdi ki, prezident seçkilərinin ikinci turundan əvvəl hədə-qorxu tərkibli məktub qəbul etdi. Parlamentin maliyyə-büdcə komitəsinin iclasında Xazaradzenin məktubu ilə bağlı sualı müxalifətçi deputat, İrma Nadiraşvili verdi.