"BBC" - Giorgi Qaxariya güman edildiyinə görə, əsas siyasi xadimin həbs olunması ilə bağlı riskləri dərk etdi
"BBC" - Giorgi Qaxariya güman edildiyinə görə, əsas siyasi xadimin həbs olunması ilə bağlı riskləri dərk etdi

“BBC” Giorgi Qaxariyanın istefasına əks səda verir. Britaniya İctimai Yayımçısının analitiki, Rayhan Demitre yazır ki, Giorgi Qaxariya güman edildiyinə görə, əsas siyasi xadimin həbs olunması ilə bağlı riskləri dərk etdi.

“Bu addımla Qaxariya “Gürcü Arzusunun” daha kəskin yanaşmaları olan üzvlərinə qarşı çıxır. Onlar Nika Meliyanı qanuna hörmətsizliyinə görə cəzalandırmaq istəyirlər”, – məqalənin müəllifi yazır.

Eyni zamanda “BBC” yazır ki, bu qərarı Qaxariya riskli zamanda verdi, çünki ölkə siyasi böhranın dərinləşməsi qarşısında durur.

“Ölkənin müxalif partiyaları oktyabrdan sonra Parlamentə daxil olmaqdan imtina edirlər və bəyan edirlər ki, seçkilər saxtalaşdırılıb. Seçici gözləyirdi ki, seçkilər Gürcüstan tarixində ilk dəfə koalisiya hökumətinin formalaşdırlması ilə nəticələnək. Bunun əvəzinə, müxalifətin boykotu səbəbindən, Gürcüstan faktiki olaraq birbartiyalı ölkədir”, – “BBC” yazır.

Gürcüstanın baş naziri, Giorgi Qaxariya istefa verdi. Bu barədə Giorgi Qaxariya hökumətin administrasiyasında keçirilən fövqəladə brifinqdə bəyan etdi.