Qiorqi Qaxaria istefa verdi
Qiorqi Qaxaria istefa verdi

Gürcüstanın baş naziri Qiorqi Qaxaria istefa verdi. Bu barədə o Hökumət Administrasiyasında keçirilən fövqəladə brifinqdə bildirib.

“Vəzifəmdən istefa verməklə bağlı qərar verdim. Əlbətdə ki, inanıram və inanmaq istəyirəm ki, bu addımım ölkəmizin siyasi mühitdə qütbləşməsinin azaldılmasına kömək edəcək, çünki qütbləşmənin və aramızdakı qarşıdurmanın ölkəmizin gələcəyi, iqtisadi inkişafı və istənilən böhranın aradan qaldırılmasında ən böyük risk olduğuna inanıram “- deyə Qiorqi Qaxaria bildirib.