Mamuka Xazaradze bəyan edir ki, Giorgi Qaxariyanın məktubunu bu gün məhkəməyə təqdim edəcək
Mamuka Xazaradze bəyan edir ki, Giorgi Qaxariyanın məktubunu bu gün məhkəməyə təqdim edəcək

“TBC Bankın” təsisçisi Mamuka Xazaradze bəyan edir ki, Daxili İşlər naziri, Giorgi Qaxariyanın məktubunu bu gün məhkəməyə təqdim edəcək.

“Məktub üstümdədir”, – jurnalistlərə o, cavab verdi.

Elə onun dediyinə görə, jurnalistlərə şərhini məhkəmədə dindirildikdən sonra verəcək. Mamuka Xazaradze məhkəməyə vəkili, Zviad Kordzadze ilə birlikdə getdi.

Baş Prokurorluğun məlumatına görə, dindirilmə Tbilisi Şəhər Məhkəməsində, Prokurorluğun vəkalətnaməsi ilə baş tutacaq və Xazaradzenin bəyanatı ilə əlaqədardır.

“TBC Bankın” təsisçisi Parlamentin maliyyə-büdcə komitəsinin iclasında bəyan etdi ki, prezident seçkilərinin ikinci turundan əvvəl hədə-qorxu tərkibli məktub qəbul etdi. Parlamentin maliyyə-büdcə komitəsinin iclasında Xazaradzenin məktubu ilə bağlı sualı müxalifətçi deputat, İrma Nadiraşvili verdi. Mamuka Xazaradzenin bəyanatına Dİ naziri, Giorgi Qaxariya şərh verdi. Onun dediyinə görə, o, məktublar yazmır və sözünü hamının üzünə deyir.