Levan Zurabişvilinin anası bəyan edir ki, onun oğlunu etrazının bu formasına qədər sosial problemlər aparıb çıxardı
Levan Zurabişvilinin anası bəyan edir ki, onun oğlunu etrazının bu formasına qədər sosial problemlər aparıb çıxardı

Mikromaliyyə təşkilatına hücum faktı üzrə yaxalanan, Levan Zurabişvilinin anası hakimin qərarına iclas zalında etirazını bildirdi. Lamara Teralidzenin bəyan etdiyinə görə, onun oğlunun ədalətli tələbləri var idi. O, hesab edir ki, onun oğluna qarşı məhkəmə kifayət qədər sərt oldu.

Lamara Teralidze media ilə söhbəti zamanı açıqladı ki, onun oğlunu etrazının bu formasına qədər sosial problemlər aparıb çıxardı.

“Bilmirəm, bəlkə siz daha artıq şəraitdə yaşayırsınız, lakin mən yaşadığım yerdə, çətinlik çəkən insanlar yaşayırlar. Müəlliməyəm, yoxsulluqda yaşayan insanları görürəm. Mənim oğlum da bunu görürdü. Həmişə ona deyirdim – kimsə çıxacaq və bu problemə baxacaq. Hakim heç nəyi nəzərə almadı. Ümumiyyətlə heç nəyi. Girovla azad olunmasını istəyirdik. Yəgin, haradasa Levani düşünür ki, bu tələbləri qeyd olunan metod ilə irəli sürməməli idi”, – ittiham olunanın anası bildirdi.

Tbilisi Şəhər Məhkəməsi girovların götürülməsi maddəsi ilə ittiham olunana qarşı həbs qətimkan tədbirini seçdi.

Hazırda istintaq, Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin “q” bəndi ilə aparılır. Həmçinin, iş üzrə psixiatrik ekspertiza təyin olunub.

Şərh yaz