Vasil Mağlaperidze - Ninia Kakabadze və Sulxan Saladze məqsədyönlü diskreditasiya kampaniyasına davam edə bilərlər, Yayımçının rəhbərliyi isə, qanuna müvafiq şəkildə hərəkət edəcək
Vasil Mağlaperidze - Ninia Kakabadze və Sulxan Saladze məqsədyönlü diskreditasiya kampaniyasına davam edə bilərlər, Yayımçının rəhbərliyi isə, qanuna müvafiq şəkildə hərəkət edəcək

“Ninia Kakabadze özü qərar versin, məhkəməyə mi gedəcək, yoxsa başqa bir instansiyaya mı müraciət edəcək” – bu bəyanatı Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze, qəyyumlar şurasının üzvü olan Ninia Kakabadzenin növbəti bəyanatına cavab olaraq verdi.

Ninia Kakabadze bəyan etmişdi ki, Yayımçının əməkdaşlarının maaşlarını öyrənmək üçün məhkəməyə müraciət edəcək.

Vasil Mağlaperidze qeyd etdi ki, ölkədə necə söz azadlığı, eləcədə hərəkət azadlığı var və hərkəs öz intelekti və nöqteyi-nəzərindən irəli gələrək, hərəkət etməkdə azaddır.

“İctimai Yayımçının menecmenti qanun çərçivəsində hərəkət edəcək. Bu məsələ ilə bağlı şəxsi məlumatın qorunmasının inspektoru Tamar Kaldani ilə də məsləhətləşirik, həmçinin yüksək kvalifikasiyalı hüquqşünaslara müraciət etmişik və qanun içərisində hərəkət edəcəyik.

Əgər Ninia Kakabadzenin və Sulxan Saladzenin başqa işləri yoxdursa, Yayımçıya qarşı məqsədyönlü diskreditasiya kampaniyasına davam etsinlər” – dedi Vasil Mağlaperidze.

Birinci Kanalın baş direktou qeyd etdi ki, İctimai Yayımçı hal-hazırda çox vacib bir dönəmdən keçir və məhz bu müddətdə 15 nəfər, Yayımçıya qarşı məqsədyönlü diskreditasiya kampaniyasını həyata keçirməkdədir.