Vasil Mağlaperidze - Belə axmaq fikirlər sadəcə ağıl xəstəsi insanların ağlına gələ bilər, hansılar ki, Rusiyanın işğalçı olduğunu bugün öyrəndilər və elə bilirlər ki, Rusiya ilə heç bir müharibəmiz olmayıb
Vasil Mağlaperidze - Belə axmaq fikirlər sadəcə ağıl xəstəsi insanların ağlına gələ bilər, hansılar ki, Rusiyanın işğalçı olduğunu bugün öyrəndilər və elə bilirlər ki, Rusiya ilə heç bir müharibəmiz olmayıb

Bugün müxtəlif medya vasitələri Gürcüstanın Birinci Kanalının “Gecə Şousu” proqramının aparıcısı Baço Kacaianın öz verlişində verdiyi bəyanatla bağlı xəbər hazırlayıblar. Həmçinin, medya vasitələri Baço Kacaianın Birinci Kanal ilə əməkdaşlığının başa çatacağı ilə bağlı sual işarələri də qoyurlar.

Bunlara əlavə olaraq, Rustavelidə keçirilən etiraz aksiyasının təşkilatçılarından biri Şota Diğmelaşvili bəyan etdi ki, güya Baço Kacaia etiraz əlaməti olaraq, Birinci Kanaldan istefa etdi.

Yayılan xəbərlərlə bağlı Gürcüstanın Birinci Kanalının baş direktoru Vasil Mağlaperidzedən açıqlama istədik.

“Bugün həqiqətən də müxtəlif medya vasitələrində axmaqlıqlar yayılırdı, güya Baço Kacaia Rusiyaya işğalçı dediyi üçün işdən qovuldu. Belə bir axmaq fikir sadəcə ağıl xəstəsi olan insanların ağlına gələ bilər, hansılar ki, Rusiya ilə müharibəmiz olduğunu bilmirlər və Rusiyanın işğalçı olduğunu bugün öyrəndilər.  Rusiyaya işğalçı deməyi isə, böyük qəhramanlıq hesab edirlər.

Rusiya əlbəttə ki, işğalçıdır və bu mövzu ilə spekulyasiya edənlər zibildirlər!

Bir-iki axmaq hər yerdə var, ancaq özünə hörmət edən, ağlı başında olan insanlar belə axmaqlıqları düşünməzlər. Sadəcə olaraq, sual işarəsi yaranır, kim və nəyə görə belə yalan xəbərləri yayır? Kim qəsdlə Birinci Kalanı ləkələməyə çalışır?

Məncə, bu şaiələri yayanlar, bugünki açıqlamamızı da dinləməyəcəklər və eyni şeyləri təkrarlamağa davam edəcəklər. Ona görə də, bu feik xəbərləri yayanlar üçün, onların anladığı tək bir dildə cavab verəcəm: “Yalançının …….. …… !

Nöqtələrin yerinə nə demək istədiyimi yaxşı anlayacaqlar” – dedi Vasil Mağlaperidze.