Tina Xidaşeli - Putinin bəyanatından sonra, aydın oldu ki, Helsinki görüşündə Tramp Gürcüstan və Ukraynanın lobbiçisi idi
Tina Xidaşeli - Putinin bəyanatından sonra, aydın oldu ki, Helsinki görüşündə Tramp Gürcüstan və Ukraynanın lobbiçisi idi

On il ərzində NATO sammitlərindəki bəyanatlar elə verildi, güya “böyük fil” otaqda yox idi, ancaq hər şeyi görürdü, – bu bəyanatı Gürcüstanın sabiq Müdafiyə Naziri Tina Xidaşeli Vladimer Putinin bəyanatını şərhləndirərkən verdi.

Xidaşelinin dediyinə görə, Putin təhdidlərini hələ Münxen konfransında başladı və indiyə qədər davam edir.

“Putinin bəyanatında yeni birşey yoxdur əslində, sadəcə onu görürəm ki, Putin bu bəyanatı Trampla görüşdə müzakirə etdikdən sonra verdi. Bəllidir ki, bu görüşdə Donald Tramp Gürcüstan və Ukraynanın lobbiçisi kimi çıxırdı” – dedi Tina Xidaşeli.

Dünən Vladimer Putin və Donald Tramp arasında üz-bə-üz görüş keçirildi.

Xatırladaq ki, Rusiya prezidenti Vladimer Putin Fox News teleşirkətinə verdiyi müsahibə zamanı bəyan etdi ki, Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasına Rusiyanın son dərəcə mənfi reaksiyası olacaq.