Temirlan Maçalikaşvilinin evini sabah prokurorluğun nümayəndəsi və dəvət olunmuş ekspert yoxlayacaq
Temirlan Maçalikaşvilinin evini sabah prokurorluğun nümayəndəsi və dəvət olunmuş ekspert yoxlayacaq

Pankisi dərəsində xüsusi əməliyyat zamanı yaralanan və sonralar həlak olan Temirlan Maçalikaşvilinin yaşayış evinə sabah prokurorluğun müstəndiqləri və dəvət olunmuş ekspertlər gedəcəklər.

Onlarla birlikdə Duisiyə Maçalikaşvililərin vəkili, həmçinin dəvət olunmuş ekspert, Zaza Altunaşvili də getməyi planlaşdırır.

Bu barədə Birinci Kanala Maçalikaşvililərin ailəsinin vəkili, Mariyam Kublaşvili bəyan etdi.

Müstəndiqləri və ekspertlər Maçalikaşvilinin yaralandığı otağı yoxlayacaqlar və təhqiqat aparacaqlar.