Baş Prokurorluq Temirlan Maçalikaşvilinin ailəsinə görüşü sabah təklif edir
Baş Prokurorluq Temirlan Maçalikaşvilinin ailəsinə görüşü sabah təklif edir

Baş Prokurorluq Pankisi dərəsində xüsusi əməliyyat zamanı yaralanan və sonralar həlak olan Temirlan Maçalikaşvilinin ailəsinə görüşü sabah, saat 13:00-da təklif edir. Bu barədə Birinci Kanala Baş Prokurorluqdan bildirdilər.

“Təsdiq edirik ki, Baş Prokurorluq tərəfindən təklif edildi ki, Pankisi dərəsində xüsusi əməliyyat barəsində, yaralanan və sonralar həlak olan Temirlan Maçalikaşvilinin ailəsi istintaqa qarşı olan suallarına cavab olmaq üçün sabah, saat 13:00-da baş prokuror, İrakli Şotadze və istintaq qrupu ilə görüşsün”, – Prokurorluqdan bildirdilər.

Xatırladaq ki, Maçalikaşvilinin  ailəsi baş prokuror, İrakli Şotadze ilə görüş tələb edir. Onların bəyan etdiyinə görə, Şotadzenin özü Pankisi dərəsinə getsə, daha yaxşı olar.

“Biz Pankisi dərəsinin İslam İcması nümayəndələri ilə söhbət etdik və ümumi  fikirdir ki, Şotadzenin özü Pankisi dərəsinə getsə daha yaxşı olar. Bu gün axşama qədər ehtimal edirik ki, bir cavab deyəcəklər. Əgər qəti rədd cavab olarsa, nə edəcəyimizə qərar verəcəyik. Bizim sıramızda da qrup yaradılacaq və Tbilisiyə görüşə gedəcək”, – Birinci Kanal ilə müsahibəsində Temirlan Maçalikaşvilinin anası bildirdi.