Hüquq Komitəsində baş prokurorluğa İrakli Şotadzenin namizədliyinin təqdim olunmasını dəstəklədilər
Hüquq Komitəsində baş prokurorluğa İrakli Şotadzenin namizədliyinin təqdim olunmasını dəstəklədilər

Parlamentin Hüquq məsələləri üzrə Komitəsində baş prokurorluğa İrakli Şotadzenin namizədliyinin təqdim olunmasını dəstəklədilər.

Şotadzeni komitə iclasında altı saat ərzində dinləyirdilər. İclasda “Milli Hərəkatın” və “Avropa Gürcüstanının” nümayəndələri iştirak etmirdilər.

Parlamentə İrakli Şotadzenin namizədliyini Prokurorluq Şurası təqdim etdi. İrakli Şotadzeyə vəzifəyə seçilməsi üçün 76 deputatın dəstəyi lazım gələcək.

Prokurorluq Şurası gizli səsvermə nəticəsində Gürcüstan baş prokuroru namizədliyinə İrakli Şotadzeni 7 fevralda seçdi. Qanunvericiliyə əsasən, Parlament baş prokuroru altı il müddətinə seçir.